Bu günə qədər əldə edilən fosil qeydlərinin iki əsas xüsusiyyəti var və hər iki xüsusiyyət təkamül nəzəriyyəsinin iddialarına ziddir:
Durğunluq. Növlər yer üzündə mövcud olduqları müddət ərzində heç bir dəyişikliyə məruz qalmayıblar. Fosil qeydlərində ortaya çıxdıqları anda quruluşları necə olubsa, yox olduqları anda da quruluşları eynidir. Morfoloji (forma) dəyişiklik əsasən məhduddur və müəyyən istiqaməti yoxdur.
Ani surətdə üzə çıxma. Hər hansı bölgədə bir növ əcdadlarından mərhələli dəyişikliyə məruz qalaraq ortaya çıxmır, bir anda və "tamamilə formalaşmış" şəkildə üzə çıxır.
Yuxarıdakı iki maddə bunu göstərir: hər hansı təkamül prosesi və ara-keçid mərhələsi keçirməyən canlılar yaradılıblar. Xüsusiyyətlərini sonradan qazanmayıblar, yaradıldıqları gündən etibarən bu xüsusiyyətlərə malikdirlər.
Fosil qeydlərinin təkamül nəzəriyyəsini təkzib etməsi Darvinin də bildiyi, ancaq təkamülçülərin qəbul etmək istəmədiyi həqiqətdir. Darvin fosil qeydlərini təkamül nəzəriyyəsi ilə açıqlamağın qeyri-mümkün olduğunu "Növlərin mənşəyi" kitabında "Nəzəriyyənin çətinlikləri" başlığı altında etiraf etmişdir:
Əgər həqiqətən növlər digər növlərdən yavaş dəyişikliklərlə törəyibsə, nə üçün saysız-hesabsız ara-keçid formaya rast gəlmirik? Nə üçün təbiət xaos şəklində deyil, tam şəkildə yerli-yerindədir? Saysız-hesabsız ara-keçid forma olmalıdır, bəs nə üçün yer üzünün çoxsaylı təbəqələrində onları tapmırıq?.. Nə üçün hər geoloji forma və hər təbəqə bu ara-keçid formalarla dolu deyil? Geoloji cəhətdən yaxşı dəyərləndirilmiş bir proses üzə çıxmır və bəlkə də bu, mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq. (Charles Darwin, The Origin of Species, 1-ci nəşr, səh.172)
Ara-keçid forma fosillərinin olmamasına qarşı Darvinin 140 il əvvəl gətirdiyi "ara-keçid formalar indi yoxdur, ancaq yeni tədqiqatlarda tapıla bilər" arqumenti isə bu gün artıq keçərli deyil. Dövrümüzdəki paleontoloji faktlar fosil qeydlərinin çox zəngin olduğunu göstərir. Dünyanın müxtəlif bölgələrindən əldə edilmiş milyardlarla fosil nümunəsi əsasında 250 min fərqli canlı növü müəyyən edilmişdir. Bu növlər hal-hazırda yaşayan təqribən 1.5 milyon növə çox bənzəyir. Bu qədər zəngin fosil mənbəyinə baxmayaraq heç bir ara-keçid forma tapılmayıb, yeni qazıntılarda da ara-keçid formalar tapılmır.
Fosil qeydlərində təkamülçülər üçün dəlil olan heç bir ara-keçid forma yoxdur, əksinə, təkamül nəzəriyyəsini təkzib edən milyonlarla nümunə var. Bunlardan ən mühümü "yaşayan fosillər"dir. Dövrümüzdə canlı nümunələri olan, fosil qeydlərində isə müxtəlif geoloji dövrlərdə yaşamış və yaşayan fosillər adlandırılan bu fosillər təkamülün olmadığını sübut edir. Yüz milyon illər əvvəl yaşamış canlıların fosilləri ilə dövrümüzdəki nümunələri arasında heç bir fərq yoxdur. Darvinistlər bu vəziyyət qarşısında çarəsizdirlər.
Təkamülçü Nayls Eldric (Niles Eldredge) yaşayan fosillər ilə bağlı darvinistlərin heç bir açıqlaması olmadığını belə etiraf edir:
Yaşayan canlı ilə uzaq geoloji keçmişdəki fosilləşmiş əcdadları arasında müqayisə edəcəyimiz hər hansı hissədə, demək olar ki, heç bir dəyişiklik yoxdur. Yaşayan fosillər təkamül durğunluğunun ən konkret nümunələridir... Yaşayan fosillərin sirrini aça bilməmişik. (http://www.nwcreation.net/fossilsliving.html )
Nayls Eldricin açmağa çalışdığı sirr əslində aşkar həqiqətdir. Yaşayan fosillər canlıların təkamül keçirmədiyini, yaradıldığını sübut edir. Ancaq darvinistlər ideologiyalarına görə bu həqiqəti görmək istəmir, 150 il əvvəlki doqmalarına dəstək vermək üçün müqavimət göstərirlər. Halbuki indi həqiqətlər artıq Darvinin dövründən daha çox göz qarşısındadır. Həqiqətləri görən və həqiqətə inanmağı seçən insanların sayı artır, nağıllara inanıb bunları sorğulamadan qəbul edən insanların sayı azalır. Həqiqətlər artıq Darvinin dövründəki kimi gizlədilə bilmir. Genetika, mikrobiologiya, paleontologiya, geologiya və digər elm sahələri Darvinin və onun tərəfdarlarının istəmədiyi, bəlkə də heç gözləmədiyi həqiqəti aşkar etmişdir. Bu həqiqət YARADILIŞDIR.
Darvinistlərin ortaya atdığı ağılsız, elmdənkənar iddialar, cəmiyyəti aldatmaq üçün etdikləri saxtakarlıqlar, insanları istiqamətləndirmək üçün istifadə etdikləri propaqanda metodları ümidsiz çırpınışlarını göstərir. Gələcək nəsillər insanların bir vaxtlar darvinizm nağılına necə inandığını heyrətlə sorğulayacaq. Çünki bütün elmi kəşflər təkamülün heç vaxt baş vermədiyini, kainatı və bütün canlıları Allah`ın yaratdığını göstərir.
© 2015 - Bütün hüquqları qorunur