Kateqoriyalar

Tiktaalik Roseae-keçid forma saxtakarlığı

 2004-cü ildə Şimali Kanada, Elsmir adasındakı Devon çöküntü yataqlarını araşdıran arxeoloqlar yeni bir fosil tapıntısı əldə etdilər. Fosilə yerli xalqın dilində “dayaz su balığı” mənasına gələn “Tiktaalik” adı verildi və 375 milyon illik olduğu deyilən bu fosil təkamülçü çevrələrdə böyük bir həyəcan doğurdu. Bunun səbəblərindən biri də tapılan qalığın lap yerinə düşməsi idi: o, təkamül nəzəriyyəsinə əsasən, “balıqlardan amfibiyalara keçid dövrü”nə rast gəlmişdi… Tiktaalik təbliğatının rəhbərliyini edən Nil Şubin də başda olmaqla, təkamülçülər bu fosili yepyeni bir ara-keçid forma olaraq bir propaqanda alətinə çevirdilər. Tiktaalik üçün şəxsi internet saytı açıldı1, hətta özlərini itirmiş təkamülçülər Tiktaalikin şərəfinə “tik-tik-tik-tik, Tiktaalik” misraları təkrarlanan bir mahnı belə bəstələdilər(!). Yerli təkamülçü mənbələrdə3,4,5 də israrla müdafiə edilən bu keçid forma iddiasının böyük bir təkamülçü saxtakarlığın məhsulu olduğu isə gələcəkdə məlum olacaqdı…

TİKTAALİK SAXTAKARLIÄžI

Qazıntı əsnasında tapılan Tiktaalik fosili, şəkildən də göründüyü kimi, yalnız kəllə qutusu sümüyündən ibarət idi. Canlının gövdə sümükləri barədə isə heç bir dəlilə rast gəlinməmişdi. Tapılan kəllə sümüyündən də görünür ki, fosilin aid olduğu canlı  yastı və bədəndən ayrı hərəkət edə bilən kəllə qutusuna, iti diş cərgələrinə6, üst tərəfdə (hansı ki, bu, timsahlarda suyun altından şikarı pusmaq üçün xüsusi olaraq yaradılmışdır) bir-birinə yaxın gözlərə və şikarı tutmaq üçün yaxşı inkişaf etmiş çənələrə malikdir7. Əslində,

İşin maraqlı cəhəti isə ondadır ki, mediya vasitəsilə geniş kütlələrə çatdırılan “Tiktaalik” tapılmış orijinal fosildən olduqca fərqli idi. Belə ki, təbliğatı aparılan canlının kəlləsinə bitişmiş gövdəsi, pulcuqları və hətta üzgəcləri belə var idi (!). Təkamülçülər eynilə Piltdaun adamı və Arxeoraptorda etdikləri fosil saxtakarlığını Tiktaalikin də üzərində sınamışdılar! Belə ki, Tiktaaliklə eyni zəngin fosil təbəqəsindən tapılmış müxtəlif növ balıq gövdəsi və üzgəclərini timsah kəlləsinə montaj edərək bunu insanlara “ara-keçid forma kəşfi” kimi təqdim etmişdilər.

Gövdənin və üzgəclərin Tiktaalikə aid olmadığı çox açıq idi. Belə ki, gövdənin çəpəki şəkildə yerləşdirilmiş balıq gövdəsi olduğunu həvəskar paleontoloqlar belə ilk baxışda sezə bilərdilər. Üzgəclər haqqında isə, elə Tiktaalikin kaşiflərindən və ən öndə gedən müdafiəçilərindən olan təkamülçü paleontoloq Nil Şubin etiraf edirdi ki, Tiktaalikin (xəyali) qarın üzgəcləri onun çəkisini quru üzərində daşıya bilməzdi8.

Tiktaalikin yalnız tək bir kəllə sümüyü fosilindən ibarət olduğu Çikaqo Universiteti əməkdaşları tərəfindən də açıq şəkildə nümayiş etdirilir. Belə ki, Tiktaalikin kəllə sümüyü 3D formatında tədqiq edilməsinin asanlaşması üzrə virtuallaşdırılmışdır9.

REKONSTRUKSİYA SAXTAKARLIÄžI

Tiktaalik saxtakarlığının ən rüsvayedici cəhətlərindən biri də fosilin rekonstruksiyası və bu işi aparanın öz diliylə ifadə etdiyi etiraflardır. Çikaqo Universiteti əməkdaşlarından olan və “fosil hazırlayıcı və rekonstruktor” olduğunu deyən Tayler Keyllor sosial şəbəkələrə yerləşdirdiyi videosunda Tiktaaliki necə “hazırladığını” belə etiraf edir:

“Nəsli kəsilmiş bir canlıya baxırıqsa və onu birbaşa müqayisə edə biləcəyimiz bir canlı yoxdursa, hal-hazırda yaşayan canlı şkalasına baxaraq və onların xüsusiyyətlərini, əzələlərin sümüklərə necə bağlandığını incələyərək canlını yenidən yaradırıqBəzilərini nəmli, bəzilərini donuq göstərir, onların toxumalarını təyin edirikBaşlanğıc nöqtəmiz sadəcə fosil qalığıdır və bunları canlandırmaq olduqca çox spekulyasiya (fantaziya) tələb edir.

…Bu kobud formada hazırlanmış bədənin (Tiktaalikin xəyali bədəni) üzərini gil təbəqəsi ilə örtəcəyəm və sonra detalları hazırlayacağam. Gözlərin forması və böyüklüyü daha spekulyativdir, yumşaq toxumadır, amma göz yuvalarına baxaraq, balıqlara və amfibiyalara baxaraq heç olmasa nəyin təbii görünəcəyi haqda bir fikir əldə edə bilərsiniz. Beləliklə insanlar baxdıqları zaman yaşamış ola biləcək bir canlı görəcəklər”10.

https://www.youtube.com/watch?v=l_mpWQqNBIk  bu linkdəki videodan da göründüyü kimi  Tiktaliki hazırlayan T. Keyllor özü  izahlı formada Tiktalikin gövdə hissəsini özünün necə hazırladığını izah edir. Videodan da göründüyü kimi Tiktalik fosili sadəcə kəllə sümüyündən ibarətdir və gövdə hissəsi süni olaraq hazırlanır  və süni gövdənin üzərinə başqa balıqlara məxsus qalıntılar əlavə olunur. Və bu açıq aşkar saxtakarlıqdır.  Bu da o deməkdir ki, kəllə sümüyü heç bir ara forma ifadə etmir və incəsənət əsəri gövdə üzərindən çəkilən güya sudan quruya çıxan canlını təmsil edən spekulyativ rəsmlərin heç bir elmi mahiyyəti yoxdur.  T. Keyllorun sözlərindən də göründüyü kimi, Tiktaaliklə əlaqədar iddialar elmlə deyil, “incəsənət”lə bağlıdır. Öz heykəltəraşlıq və rəssamlıq qabiliyyətlərini Tiktaalik üzərində nümayiş etdirən Keyllorun dediyi kimi, bu işlər insan fantaziyası, yəni “spekulyasiyalar”la əlaqədardır. Təkamülçülər öz xəyal güclərini elmi-fantastik filmlərdə və ya cizgi filmlərində nümayiş etdirə bilərlər, amma bunların heç bir elmi dəyəri olmaz. XX əsrin ən böyük bioloqlarından sayılan Pier Paul Qrassenin də dediyi kimi, “xəyal qurmağı qadağan edən bir qanun yoxdur, lakin elm bu işin içinə qarışdırılmamalıdır”11.

POLŞA AYAQ İZLƏRİ VƏ TİKTAALİK HEKAYƏSİNİN SONU

Tiktaalik barədəki iddiaları kökündən həll edən tapıntı isə 2010-cu ildə, Polşada əldə edildi. Bu tapıntı 397 milyon illik, yəni Tiktaalikdən 18 milyon il daha qədim dövrə aid olan ayaq izləri idi12. Təkamülçülər Tiktaalikin  “ayaqlanmağa başlayan” və üzgəclərə sahib bir canlı olduğunu, yəni balıqlardan amfibiyalara keçid forma olduğunu iddia etdikləri halda, Polşa ayaq izləri açıq şəkildə göstərirdi ki, Tiktaalikdən çox öncələr də tetrapodlar (dördayaqlı canlılar) yaşamışdır. Kvinslend Universitetindən prof. Tes Uolker də eyni nüansı gözdən qaçırmamışdı və belə deyirdi: “Dördayaqlı canlılar 18 milyon il daha əvvəl mövcud olublarsa, Tiktaalik iddia edildiyi kimi ara keçid forma ola bilməz”13. Polşadakı bu tapıntının elm dünyasını necə sarsdığı elm adamlarının şərhlərində özünü çox açıq şəkildə büruzə verir. Kembric Universitetindən paleontoloq Cennifer Klek bu barədə belə deyir: “Biz dördayaqlıların mənşəyilə bağlı işləri bitirdiyimizi düşünürdük. İndi isə hər şeyi yenidən düşünməli olacağıq”14 . BBC-in hesabatlarından birində də bu mövzuya toxunulmuş və belə yazılmışdı: “…lakin Tiktaalik təqribən 375 milyon il öncə yaşamışdı. Baxmayaraq ki, bir qədər daha qədim keçid formalar var, Zaxelmiya mədəninin (Polşadakı ayaq izlərinin tapıldığı ərazi) tetrapodları nizamlı və sadə zaman qrafikasının (nəsil ağacının) üzərindən xətt çəkir”15.

NƏTİCƏ

  1. Şubin və əməkdaşları Elsmir adasındakı qazıntılardan çox uzun müddət idi ki, heç bir nəticə əldə etmirdilər. Elə bu ümidsizliyin və müvəffəqiyyətsizliyin doğurduğu hisslərlə işinə davam edən araşdırmaçılar Tiktaaliki tapdıqları zaman “evə əliboş dönməmək” üçün onun kəllə sümüyünə bir də balıq bədəni və üzgəcləri yapışdırıb təkamül nəzəriyyəsinin tarixində yeni bir saxtakarlığa imza atdılar. Bu hiyləgərliyə əl atılmasının digər bir səbəbi də darvinistlərin son zamanlardaİda, Ardivə Australopithecus sediba kimi başqa saxtakarlıqlarının üstünün açılması və daha irəli sürüləcək heç bir gözəçarpan ara keçid forma nümunəsinin qalmaması idi. Lakin Tiktaalik üzərində qurulan bütün ssenarilərin qüvvədən qalxdığı və bu canlının, əslində, yaradılışı sübut edən bir yaşayan fosil olduğu artıq elm dünyasına məlumdur. Dr. Conatan Sarfatti Tiktaalik iddialarını bir zamanlar təkamülçülərin selakant balığı üçün bəslədikləri ümidlərə bənzədir16 və eynilə selakant balığında olduğu kimi təkamülçülərin bütün ümidləri bir daha sulara qərq olmuşdur.

 

 

Mənbələr:

  1. tiktaalik.uchicago.edu
  2. Tiktaalik (Your Inner Fish), music by the Indoorfins, youtube.com, 2008
  3. http://tekamulaz.blogspot.com/
  4. http://www.sekulyarizm.org/
  5. https://www.facebook.com/heyatintekamulu
  6. “Fossil Suggests Missing Link From Fish to Land”. NPR (National Public Radio). Retrieved 2006-11-27
  7. “The fish that crawled out of the water”. Nature. Retrieved 2006-04-06
  8. 8. Sample, I., Tiktaalikfossils reveal how fish evolved into four-legged land animals, theguardian.com, 13 January 2014
  9. http://tiktaalik.uchicago.edu/3DTik.html
  10. “Tiktaalik roseae forgery” (“Tiktaalik roseae saxtakarlığı”) by youtube, 2011,http://www.youtube.com/watch?v=l_mpWQqNBIk
  11. Pierre-P Grassé, Evolution of Living Organisms, New York: Academic Press, 1977, səh. 103
  12. Niedzwiedzki G., Szrek P., Narkiewicz K., Narkiewicz M, Ahlberg P. (2010). “Tetrapod trackways from the early Middle Devonian period of Poland”(PDF). Nature 463(7227): 43–48
  13. Walker, T., Tetrapods from Poland trample the Tiktaalikschool of evolutionJournal of Creation 24(1):39–42, April 2010
  14. Palaeontologist Jennifer Clack, University of Cambridge, UK; in: Curry, M., Ancient four-legged beasts leave their mark, ScienceNOW Daily News, sciencenow.sciencemag.org/cgi/content/full/2010/106/2, 6 January 2010
  15. Fossil tracks record ‘oldest land-walkers’, news.bbc.co.uk, 6 January 2010
  16. Sarfati, J., Tiktaalik roseae—a fishy ‘missing link’, 15 April 2006