Kateqoriyalar

Arxeopteriks

Berlində nümayiş etdirilən arxeopteriks fosili

Arxeopteriksi (Archæopteryx) təkamülçülərin quşların təkamülündə dəlil göstərdikləri ən mühüm canlıdır. Bir çox təkamülçü həm sürünən, həm quş xüsusiyətlərini daşıyan bir ara keçid forması olduğunu iddia edir. Lakin dövrümüzdə Alan Feduçia kimi təkamülçü mənbələr belə bu iddianın etibarsız olduğunu qəbul edir.

Dövrümüzdən təxminən 150 milyon il əvvəl yaşamış arxeopteriksin fosilləri üzərində aparılan son tədqiqatlar bu quşun bir ara keçid forması deyil, sadəcə dövrümüzün quşlarından bir az fərqli xüsusiyyətlərə sahib olan, nəsli tükənmiş bir quş növü olduğunu ortaya çıxarmışdır.

Təkamülçülərin arxeopteriks ilə bağlı ara keçid forması iddiaları və cavabları

1. Sonradan tapılan döş tili: Yaxın dövrə qədər arxeopteriksin sternumunun, yəni döş tilinin olmaması canlının uça bilməyəcəyinin ən mühüm sübutu olaraq göstərilirdi. (Döş tili uçmaq üçün lazım olan əzələlərin olduğu döş qəfəsinin altında olan bir sümükdür. Dövrümüzdə uça bilən və ya uçmayan bütün quşlarda, hətta quşlardan tamam ayrı bir ailəyə aid olan uça bilən məməli yarasalarda da bu döş tili vardır.)

Ancaq 1992-ci ildə tapılan yeddinci arxeopteriks fosili bu arqumentin yanlış olduğunu göstərdi. Belə ki, bu son tapılan arxeopteriks fosilində təkamülçülərin çox uzun vaxtdır ki, yox hesab etdikləri döş tili vardı. (Nature, cild 382, 1 avqust 1996, s. 401.)

Bu tapıntı arxeopteriksin tam uça bilməyən bir yarıquş olduğu yönündəki iddiaların əsas fikri mənbəyini etibarsız etdi.

2. Lələklərin quruluşu: arxeopteriksin uçan quş olduğunun ən mühüm sübutlarından biri də heyvanın lələk quruluşu oldu. Arxeopteriksin dövrümüzün quşlarınkından fərqsiz olan asimmetrik tük quruluşu canlının

mükəmməl olaraq uça bildiyini göstərirdi. Məşhur paleontoloq Karl Dunbarın bildirdiyi kimi, "lələklərinə görə bu canlı tam quş xüsusiyyətləri daşıyırdı". (Carl O. Dunbar, Historical Geology, John Wiley and Sons, New York, 1961, s. 310.)

Arxeopteriksə aid lələk fosili.

Arxeopteriksin uçan quş olduğunun mühüm sübutlarından biri asimmetrik lələk quruluşudur.

Paleontoloq Robert Kerrol isə mövzu haqqında belə açıqlama verir:

Arxeopteriksin uçuş tüklərinin geometriyası müasir uçan quşlarınkı ilə tamamilə eynidir, uça bilməyən quşların lələkləri isə simmetrikdir. Lələklərin qanad üzərindəki düzülüş şəkli müasir quşlarınkı ilə oxşardır... Van Tayn və Berqerə görə arxeopteriksin qanadlarının ölçüsü və şəkli toyuq cinsindən quşlar, yaxalıqlı qurqurlar, ağacdələnlər, cüllütlər və başqa quşların çoxu kimi bitki örtüyünün məhdud açıqlıqları boyu hərəkət edən quşlarınkına bənzərdir... Uçuş tükləri ən azı 150 milyon ildən bəri dəyişməmişdir. (Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, s. 280-81)

Quş lələyini diqqətlə tədqiq etdikdə cox həssas dizayna sahib olduqları ortaya çıxır. Hər bir tükcüyün üzərində çoxlu kiçik tükcüklər və bu tükcükləri bir-birinə bərkidən qarmaqlar var. 

3. Qanadlarındakı pəncələr və ağzındakı dişlər: Təkamülçülər arxeopteriksin qanadlarında pəncələr və ağzında dişlər olmasını bu canlının bir ara keçid forması olduğunun ən mühüm sübutu sayırdılar. Halbuki bu xüsusiyyətlər canlının sürünənlərlə hərhansı bir şəkildə əlaqəsinin olduğunu göstərmir. Belə ki, dövrümüzdə yaşayan iki növ quşda, turako (Touraco corythaix) və hoatzində (Opisthocomus hoazin) də budaqlardan yapışmağa yarayan pəncələr vardır və bu canlılar heç bir sürünən xüsusiyyəti daşımayan quşlardır. Belə ki, arxeopteriksin qanadlarında pəncələri olduğu və bu səbəbdən də bir ara keçid forması olduğu iddiası etibarsızdır.

Budaqlardan yapışmaq üçün qanadlarında pəncələri olan hoatzin quşu

Arxeopteriksin ağzındakı dişləri də yenə canlını bir ara forma olmasına dəlalət etmir. Təkamülçülər bu dişlərin bir sürünən xüsusiyyəti olduğunu iddia edərək yanılırlar. Çünki dişlər sürünənlərin tipik bir xüsusiyyəti deyil. Dövrümüzdə bəzi sürünənlərin dişləri varkən, bəzilərinin yoxdur. Hətta dişli quşlar arxeopterikslə də məhdud deyil. Dövrümüzdə dişli quşların artıq yaşamadıqları bir həqiqətdir, lakin fosil qeydlərinə baxanda arxeopteriks ilə eyni dövrdə, hətta dövrümüzə olduqca yaxın dövrlərə qədər "dişli quşlar" olaraq adlandırıla biləcək ayrı bir quş qrupunun yaşadığını görürük.

Arxeopteriks və digər dişli quşların diş quruluşları bu quşların təkamül əcdadları olan dinozavrların diş quruluşlarındam çox fərqlidir. L. D. Martin, C. D. Styuart və K.N.Uetstoun kimi məşhur tədqiqatçıların apardıqları müşahidələrə görə arxeopteriksin və digər dişli quşların dişlərinin üstü düzdür və geniş kökləri vardır. Halbuki bu quşların əcdadı olduğu iddia edilən Teropod dinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır. (L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, cild 98, 1980, s. 86.) Həmin tədqiqatçılar eyni zamanda arxeopteriks ilə onun əcdadları olan Teropod dnozavrlarının bilək sümüklərini müqayisə ediblər və aralarında heç bir oxşarlıq olmadığını ortaya qoyublar. (L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, cild 98, 1980, s. 86; L. D. Martin "Origins of Higher Groups of Tetrapods", Ithaca, Comstock Publising Association, New York, 1991, s. 485, 540.)

Arxeopteriksin dinozavrlardan təkamülləşdiyini iddia edən alimlərdən biri John Ostromun bu canlı ilə dinozavrlar arasında önə sürdüyü bəzi "bənzərlik"lərin isə əslində bir yanlış izah olduğu S. Tarsitano, M. K. Hekt və A.D. Uolker kimi anatomların çalışmaları ilə ortaya çıxmışdır. (S. Tarsitano, M. K. Hecht, Zoological Journal of the Linnaean Society, vol. 69, 1985, s. 178; A. D. Walker, Geological Magazine, vol. 177, 1980, s. 595.)

4. Arxeopteriksin qulaq forması: A. D. Uolker arxeopteriksin qulaq nahiyəsini də müşahidə etmiş və qulaq quruluşunun dövrümüzdəki quşlarınkı ilə eyni olduğunu sübut etmişdir. (Peter Dodson, "International Archæopteryx Conference", Journal of Vertebrate Paleontology, Haziran 1985, cild 5, no. 2, s. 177.)

5. Arxeopteriksin qanadları: Uels Universitetinin Biologiya Elmləri İnstitutundan C. Riçard Hinçliff rüşeym üzərində müasir izotopik texnika istifadə edərək, quşların qanadlarının II, III və IV barmaqlardan ibarət olarkən, Teropod dinozavrlarının əllərinin I, II və III barmaqlardan ibarət olduğunu təyin etmişdir. Bu arxeopteriks-dinozavr əlaqəsini müdafiə edənlər üçün böyük bir problemdir. (Richard Hinchliffe, "The Forward March of the Bird-Dinosaurs Halted?", Science, cild 278, no. 5338, 24 oktyabr 1997, s. 596-597) Hinçliffin araşdırma və müşahidələri məşhur elmi jurnal Science-in 1997-ci ildəki bir sayında belə yazılmışdır:

Teropodlarla quş sümükləri arasındakı homologiya, "dinozavr-mənşəyi" fərziyyəsi ilə bağlı digər bəzi problemləri ağla gətirir. Bunlardan bəziləri aşağıdakılardır: (i) arxeopteriks qanadı ilə müqayisə olanda (bədən böyüklüyünə görə) teropodun daha kiçik olan ön qolu. Belə kiçik qollar olduqca böyük bir dinozavrın yerdən yuxarıya doğru qanad çalması üçün lazım olan bir ön qanad deyil. (ii) Teropodlardakı bilək sümüyü sadəcə dörd növdə vardır. Teropodların çoxu daha çox bilək sümüyünə aid parçalara malikdir. Bunun arxeopteriks ilə oxşar olması mümkün deyil. (iii) Zamanla bağlı bir paradoks isə bir çox teropod dinozavrının və xüsusilə də quşa bənzəyən dromeozavrların (dromaeosaurus) fosil qeydlərində arxeopteriksdən daha sonra tapılmalarıdır. (Yenə orada)

6. Zaman uyğunsuzluğu: Hinçliffin müəyyənləşdirdiyi "zaman uyğunsuzluğu" təkamülçülərin arxeopteriks haqqındakı iddialarına ən öldürücü zərbəni vuran həqiqətlərdən biridir. Amerikalı bioloq Conatan Uells 2000-ci ildə nəşr olunan "Icons of Evolution" (Təkamülün ikonaları) adlı kitabında arxeopteriksin təkamül adına bir "ikona"ya (müqəddəs simvol) çevrildiyini, halbuki dəlillərin bu canlının "quşların ibtidai əcdadı" olmadığını açıq göstərdiyini vurğulayır. Uellsə görə bunun göstəricilərindən biri arxeopteriksin əcdadı olaraq göstərilən teropod dinozavrların, əslində arxeopteriksdən daha cavan olmalarıdır:

İki ayaqlı dinozavrlar arxeopteriksin nəzəri əcdadlarından gözlənə biləcək bəzi xüsusiyyətlərə malikdirlər, amma (fosil qeydlərində) arxeopteriksdən daha sonra ortaya çıxıblar. (Jonathan Wells, Icons of Evolution, Regnery Publishing, 2000, s. 117)

Təkamülçülərin saxta ssenarisi

Bütün bunlar arxeopteriksin bir ara keçid forması olmadığını, sadəcə "dişli quşlar" olaraq adlandırıla biləcək ayrı bir təsnifata aid olduğunu göstərir. Bu canlını dördayaqlı dinozavrlarla əlaqələndirmək isə əsassızdır. Amerikalı bioloq Riçard Dim də "Demise of the `Birds are Dinosaurs´ Theory" ("Quşlar dinozavrdır" nəzəriyyəsinin sonu) başlıqlı məqaləsində quş-dinozavr təkamülü iddiası və arxeopteriks haqqında bunları yazır:

Son tədqiqatların nəticələri göstərir ki, teropod dinozavrların əlləri (ön ayaq sümüklərindəki) birinci, ikinci və üçüncü hissələrdən törəmişdir, amma quşların qanadları, ikinci, üçüncü və dördüncü hissələrdən törəyiblər... ´Quşlar dinozavrdır´ nəzəriyyəsi ilə bağlı başqa problemlər də vardır. Teropodların ön ayaqları arxeopterikslə müqayisədə bədənlərinə görə çox kiçikdir. Bu canlıların ağır bədənləri də düşünüldükdə bir növ "ön-qanad" (proto-wing) inkişaf etdirmələri mümkün deyil. Terapod dinozavrların əksəriyyəti (quşlarda olan) aypara bilək sümüyündən (semilunate wrist bone) məhrumdur və arxeopteriksdə heç bir bənzəri olmayan bəzi bilək hissələrinə malikdir. Bütün terapodlarda VI sinirləri digər bəzi sinirlərlə birlikdə kəlləni yandan keçir, quşlarda isə eyni sinirlər kəllənin ön tərəfdən onlara aid xüsusi bir deşikdən keçərək tərk edir. Başqa bir problem isə terapodların çox böyük qisminin arxeopteriksdən daha sonra ortaya çıxmalarıdır. (Richard L. Deem "Demise of the ´Birds are Dinosaurs´ Theory")

7. Digər qədim quş fosilləri: Son dövlərdə tapılan bəzi fosillər arxeopterikslə bağlı təkamülçü ssenarinin əsassızlığını başqa dəlillərlə ortaya qoymuşdur.

1995-ci ildə Çində Onurğalılar Paleontologiyası İnstitutunda araşdırmalar aparan Lianhai Hou və Zhonghe Zhou adlı iki paleontoloq konfusiusornis (Confuciusornis) olaraq adlandırdıqları yeni bir fosil quş kəşf etdilər. 150 milyon illik arxeopteriksə yaxın bir yaşdakı (təxminən 140 milyon illik) bu quşun dişləri yox idi, dimdiyi və tükləri isə dövrümüzdəki quşlarla eyni xüsusiyyətləri daşıyırdı. Skelet forması da dövrümüzdəki quşlarla eyni olan bu quşun qanadlarında arxeopteriksdə olduğu kimi pəncələr vardı. Quyruq tüklərinə dəstək olan piqostil (yunanca. pyge - oma sümüyü, stylos- dayaq) adlı hissə bu quşda da görünürdü. (Pat Shipman, "Birds do it... Did Dinosaurs?", New Scientist, 1 fevral 1997, s. 31.) Qısası, təkamülçülər tərəfindən bütün quşların ən qədim əcdadı sayılan və yarı sürünən qəbul edilən arxeopterikslə çox yaxın bir yaşda olan bu canlı dövrümüzdəki quşlara çox bənzəyirdi. Bu həqiqət arxeopteriksin bütün quşların ibtidai əcdadı olduğu yönündəki təkamülçü fərziyyələrlə ziddiyyət təşkil edirdi.

Çində 1996-cı ilin noyabrında tapılan başqa bir fosil vəziyyəti pisləşdirdi. 130 milyon yaşındakı liaoninqornis (Liaoningornis) adlı bu quşun varlığı L. Hou, L. D. Martin və A.Feduçia tərəfindən Science jurnalında nəşr olunan bir məqalə ilə xəbər verildi. Liaoninqornis dövrümüzdəki quşlarda olan uçuş əzələlərinin olduğu döş tilinə sahib idi. Digər yönləri ilə də bu canlı dövrümüzdəki quşlardan fərqsizdi.

Tək fərqi ağzında dişlərinin olması idi. Bu vəziyyət dişli quşların heç də təkamülçülərin iddia etdikləri kimi ibtidai bir quruluşa sahib olmadıqlarını göstərirdi. ("Old Bird", Discover, 21 mart 1997) Belə ki, Alan Feduçia Discover jurnalında nəşr olunan açıqlamasında liaoninqornisin quşların mənşəyinin dinozavrlar olduğu iddiasını eitbarsız etdiyini bildirmişdi. ("Old Bird", Discover, 21 mart 1997)

Arxeopterikslə bağlı təkamülçü iddiaları alt-üst edən başqa bir fosil isə eoalulavis oldu. Arxeopteriksdən 25-30 milyon il daha cavan, yəni 120 milyon yaşında olduğu söylənən eoalulavisin qanad formasının eynisi dövrümüzdəki bəzi uçan quşlarda görünürdü. Bu da 120 milyon il əvvəl dövrümüzdəki quşlardan bir çox yöndən fərqsiz canlıların səmada uçduqlarını sübut edirdi. (Pat Shipman, "Birds Do It... Did Dinosaurs?", s. 28.)

2002-ci ildə R. N. Melkor, S. de Valais və J. F Cenis adlı alimlər Nature jurnalında arxeopteriksdən 55 milyon il əvvəl yaşamış quşlara aid ayaq izləri tapdıqlarını açıqladılar:

Quşların məlum tarixi Son Yura dövründə (təxminən 150 milyon il əvvəl) arxeopterikslə başlayır... Biz burada Argentinanın fosil yataqlarından Son Trias dövrünə aid quş xüsusiyyətləri daşıyan, yaxşı qorunmuş və zəngin, bilinən ilk quş skeleti qeydlərindən ən az 55 milyon il əvvələ aid ayaq izlərini müəyyənləşdiririk. (R.N. Melchor, S. de Valais, J.F. Genise, Bird-like fossil footpints from the Late Triassic, Nature, 2002, cild 417, s. 936-938)

Beləcə arxeopteriks və digər arxaik quşların bir ara keçid forması olmadıqları qəti şəkildə sübut edildi. Fosillər fərqli quş növlərinin bir-birlərindən təkamülləşdiklərini göstərmirdilər. Əksinə dövrümüzün quşlarının və arxeopteriksə bənzər xüsusi quş növlərinin birlikdə yaşadıqlarını sübut edirdi. Bu quşların bəzilərinin, məsələn konfusiusornis və ya arxeopteriksin nəsli tükənmiş, dövrümüzə çox az sayda quş gələ bilmişdir.

Arxeopterikslə eyni dövrdə yaşamış konfusiusornis dövrümüzdə yaşayan quşlarla çox oxşarlıqları var.