Kolin Patterson (Britaniya Təbiət Tarixi Muzeyinin Paleontologiya şöbəsinin baş elmi işçisi, London Kral Cəmiyyətinin üzvü, Təbiət Tarixi Muzeyi qəzetinin redaktoru olmuşdur, “Evolution” kitabının müəllifidir):
"İndi bu anti-təkamülçü (yaxşı, gəlin buna qeyri-təkamüli deyək) görüş bucağını mənimsəməyə başlamağımın səbəblərindən biri keçən il anidən bir şeyin fərqinə varmağım oldu. İyirmi ildən çoxdur ki, mən təkamüllə hansısa yöndən məşğul olduğumu düşünmüşdüm. …Və bu şeyin üstündə 20 il çalışıb bu mövzuda tək bir şey də bilməmək məni sarsmışdı. Bir adamın bu qədər uzun müddət səhv istiqamətləndirildiyini öyrənməsi onun üçün olduqca böyük şokdur. Buna görə bir neçə həftə müxtəlif insanlardan və qruplardan sadə bir sual soruşmağa başladım. Sual budur: “Mənə təkamül haqqında bildiyiniz hər hansı bir şey, doğru olduğunu düşündüyünüz tək bir şey deyə bilərsinizmi?” Bu sualı Təbiət Tarixi Muzeyindəki geologiya heyətindən soruşdum və aldığım tək cavab səssizlik idi. Çikaqo Universitetindəki Təkamül Morfologiyası seminarının üzvlərindən soruşdum, hansı ki, təkamülçülərin çox nüfuzlu təbəqəsini təşkil edirlər, aldığım tək şey uzun müddət davam edən səssizlik idi. Nəhayət, birisi belə dedi: "Bildiyim tək şey var ki, (təkamül) məktəblərdə tədris olunmamalıdır".
[Dr. Colin Patterson, "Evolution and Creationism", American Museum of Natural History´dəki çıxışından, New York City, 5 Noyabr 1981]
© 2015 - Bütün hüquqları qorunur