Kateqoriyalar

Fosillər tədqiq edilir

XX əsrin 80-ci illərində Burqes Şeyldən əldə edilən fosillərin Harri Uitinqton (Harry Whittington), Derek Briqqs (Derek Briggs) və Saymon Konuey Morris (Simon Conway Morris) tərəfindən tədqiq edilməsi ilə təkamülçülər Burqes Şeyl haqqında mühüm həqiqətlə üzləşmişdilər. 530 milyon il əvvəl bioloji partlayış baş vermişdi və bunu görməzliyə vurmaq artıq mümkün deyildi.

 Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Burqes Şeyl fosil yatağı

Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Burqes Şeyl fosil yatağı

 

 Həyat formalarının kembri partlayışında nümayiş etdirdiyi quruluşları hərtərəfli tədqiq edən və Burqes Şeyldən bəhs edən “Wonderful Life” adlı kitabına görə mükafatlandırılmış Stiven C. Quld (Stephen Jay Gould) bu mühüm kəşfin üzə çıxardığı həqiqəti belə açıqlayırdı:

Bunu anlamalıyıq ki, zamanın böyük hissəsində heç bir şey baş verməmişdir. Bunu anlamırıq, çünki bizim hekayələrimiz bu mövzunu etiraf etmir. Burqes Şeylin bizə öyrətdiyi budur ki, əsas anatomik dizaynların tarixində, demək olar ki, hər şey tək bir geoloji anda meydana gəlmişdir və bundan 500 milyon il əvvəl, demək olar ki, heç bir şey yoxdur.

Stiven C. Quldun Burqes Şeyldən bəhs edən “Wonderful Life” adlı kitabı

Stiven C. Quldun Burqes Şeyldən bəhs edən “Wonderful Life” adlı kitabı

 

 

Saymon Konuey Morris isə Burqes Şeyl “probleminin” təkamülə çətinlik törətdiyini belə tərif etmişdi:

Bəzi paleontoloqlar Burqes Şeyl probleminin təkamül nəzəriyyəsinin mühüm hissəsini təhdid etdiyini hələ də mübahisə edərkən biz necə nikbin ola bilərik?2

Təkamülçü elm adamları Burqes Şeyl yataqlarına açıqlama verə bilmirdilər ki, elə XX əsrin 80-ci illərində Burqes Şeylə bənzər iki fosil sahəsi də kəşf edildi: Şimali Qrenlaniyadakı Sirius Passet və Cənubi Çindəki Çenqyianq. Kembri dövründə yaşamış müxtəlif heyvanlar bu bölgələrdə özlərini daha aydın göstərirdilər. Xüsusilə Çenqyianqda aşkar edilən fosillər o qədər yaxşı qorunmuşdular ki, fosillərin bütün xüsusiyyətlərini ayırd etmək mümkün idi. Hətta bu fosil təbəqələrində ilk onurğalılar belə vardı.3

Çenqyianqdakı fosillərdə sinirlər, daxili orqanlar belə açıq-aydın görünürdü. Başqa heç yerdə tapılmayan fosil detalları burada təfərrüatı ilə üzdə idi. Meduzalara bənzər canlıların bədənlərindəki su yolları belə olduğu kimi qalmışdı. Çində tapılan bu fosillərlə müəyyən edilən növlərin sayı 100-ü keçmişdi və bunlar ümumilikdə 37 ayrı tipin olduğunu göstərirdi. Digər bölgələrdə tapılan fosillərlə birlikdə bu say 50-yə çatmışdı. Çindəki kembri süxurlarını araşdıran San Fransisko Universitetinin Biologiya şöbəsinin rəhbəri dr. Pol Çienin (Paul Chien) ifadəsi ilə, “başlanğıcda, yəni heyvan həyatının ilk fosillərini tapdığımız yerdə hal-hazırda olduğundan daha çox tip var idi.”4

Tip və digər bioloji kateqoriyaların heç bir ara-keçid forma olmadan, ani meydana gəlməsi təkamül nəzəriyyəsinin əsassızlığını göstərən həqiqətdir. Ancaq burada darvinizmin əsassızlığına dair çox mühüm fakt da var: kembri dövründə əsas bədən quruluşları sayca çoxdur, növ sayı isə dövrümüzlə müqayisədə azdır. Dövrümüzdə isə əsas bədən quruluşları kembri dövrü ilə müqayisədə az, növlərin sayı isə çoxdur. Növbəti səhifələrdə toxunacağımız kimi, bu vəziyyət tiplərin sayının tədricən artacağını iddia edən darvinizmin əsassızlığını göstərmiş, növlərin mənşəyi ilə bağlı darvinist nəzəriyyənin bir xəyaldan ibarət olduğunu sübut etmişdir.

Kembri fosilləri üzərində tədqiqatları ilə tanınan, kembri partlayışından bəhs edən “Bir göz qırpımında” (In the Blink of an Eye) kitabının müəllifi, Oksford Universitetindən Endryu Parker (Andrew Parker) bir müsahibəsində Çenqyianqdakı müxtəliflikdən belə bəhs edirdi:

Bunlar çoxlu tipi və hal-hazırda nəsli kəsilmiş heyvanların əsas qruplarını təmsil edirlər. Bütün qabıqlı canlı ardıcıllıqları, soxulcanlar və meduzalar və hətta ilk onurğalılar Çenqyianqdakı fosillərdə üzə çıxmışdır. Növlər arasındakı bu müxtəliflik zamanın sadəcə bir anında gizlənmişdir. Beləliklə, onları birlikdə yaşayarkən görə bilir, onların bir-birlərinə necə təsir etdiklərini anlaya bilirik. Hər birinin bərk qabıqları olduğunu bilirik, hətta necə ətraf mühitdə yaşadıqlarını belə təxmin edə bilirik. Çünki bunların hamısı eyni rəsmin içindədirlər.5

Endryu Parkerin bu sözlərlə üstüörtülü şəkildə izah etməyə çalışdığı “təkamül müəmmasını” Kaliforniya Universitetindən darvinist paleontoloq Ceyms Valentin (James Valentine) daha aydın etiraf edirdi:

Kembri süxurlarında üzə çıxan tiplərin skeletinin bir çoxunu bir-birindən fərqli çoxlu yarımqrup, sinif və nizam təmsil edir. Bunlar məlum olan heç bir ara-keçid forması olmadan, ani üzə çıxıblar.6

Çenqyianqda tapılan fosillər kembri canlılarının zəngin müxtəlifliyini və Valentinin də qeyd etdiyi kimi, heç bir ara-keçid canlı qalığı tapılmadığını açıq-aydın təsdiqləyirdi. On minlərlə fosilin arasından təkamülçülərin israrla gözlədiyi, canlıların bir-birlərindən təkamül keçirərək törədiyini göstərən bircə ara-keçid forma belə tapılmamışdı. Çünki yer üzündə təkamül baş verməyib. Xəyali ara-keçid canlılarının tapılması qeyri-mümkün idi. Çenqyianqdakı tapıntılar böyük əhəmiyyət daşıyırdı, çünki Burqes Şeyldə üzə çıxan mükəmməl fosillər, daha əvvəl də qeyd etdiyimiz kimi, təxminən 70 il görməzliyə vurulmuşdu. Dr. Pol Çien bu mövzu ilə bağlı belə deyirdi:

(Çenqyianqda tapılan fosillərə görə) elm adamları gəlib belə deyə bilərdilər: “Bəli, bunu əvvəl də eşitmişdik. Bu, Burqes Şeylə çox bənzəyir.” Ancaq Burqes Şeyl hekayəsindən illər boyu heç bəhs edilməmişdi. Burqes Şeyl ilk dəfə 1909-cu ildə Çarlz Uolkot tərəfindən tapılmışdı. Görəsən nə üçün bu hekayə 1980-ci ilə qədər ictimaiyyətə bildirilməyib?

Çindəki Çenqyianq bölgəsində tapılmış yeni kambri fosilləri 70 il görməməzliyə vurulmuş Burqess Şeyl fosillərini təsdiqləmidir. Tapılan yeni fosillərlə kembriyə aid tip sayı daha da artmış, bu canlıların bütün dünyaya yayıldığı məlum olmuşdu.

Çindəki Çenqyianq bölgəsində tapılmış yeni kambri fosilləri 70 il görməməzliyə vurulmuş Burqess Şeyl fosillərini təsdiqləmidir. Tapılan yeni fosillərlə kembriyə aid tip sayı daha da artmış, bu canlıların bütün dünyaya yayıldığı məlum olmuşdu.

 

 

Əvvəl bunun onlar üçün problem olduğunu düşündüm. Nə baş verdyini anlaya bilmirdilər, çünki hazırki heyvan qrupları və tiplərinə heç bənzəməyən şeylər tapmışdılar. Uolkot bu qrupları hal-hazırda mövcud olanlarla əlaqələndirməyə çalışdı, ancaq cəhdi heç vaxt qaneedici olmadı.

Bu, ilk vaxtlarda olduqca şübhəli idi, çünki başlanğıcda indikindən daha çox müxtəlifliyin olduğunu qəbul etməyi inkar edirdilər. Onlar hal-hazırda mövcud olan 38 tipə qarşı 50-dən çox tipin olduğunu görmüşdülər (əslində  əvvəllər 100 olduğunu deyirdilər, lakin sonradan yekdilliklə sayın 50-dən çox olduğuna qərar verildi). Ancaq problem budur ki, nə edəcəklərini bilmədikləri bir şey görmüşdülər. Özlərini etibarlı elmi mövqedə tapmışdılar. Daha sonra, bütün bunların darvinist gözləntilərlə eyni olmadığını anladıqda, artıq susmağa başladılar.7

Dr. Çien təkamülə meydan oxuyan bu qeyri-adi kəşfin təqribən 70 il təkamülçü elm adamları tərəfindən ört-basdır edildiyini açıq-aydın bildirirdi. Sükutla xəyali təkamül tarixinin baş vermədiyini gizlətməyə çalışmış, paleontologiya tarixinin ən böyük kəşfinin üstünü örtməyə cəhd etmişdilər. Ancaq fosillər o qədər böyük sahəyə yayılmış və o qədər çox nümunə qoymuşdular ki, bunların hamısını görünməz etmək mümkün deyildi. Aradan keçən təqribən bir əsrlik zaman ərzində bu hadisəni əhəmiyyətsiz göstərmək üçün əllərindən gələni etmiş, lakin nəticədə labüd həqiqəti qəbul etməli olmuşdular. Yer üzündə, təkamülçülərin fikrincə, kompleks canlıların olmadığı dövrdə, dövrümüzün canlı tiplərinin və daha çox tipin təmsilçiləri əsrlərlə mövcud olmuş, daha sonra bunların bir qismi meydana gəldikləri kimi ani surətdə yox olmuşdular. Keçmişlərinə də, özlərindən sonrakı dövrlərə də uyğun gələn təkamül prosesi yoxdur. Məhz bu qədər mühüm həqiqəti gizlətmək üçün təkamülçü elm adamlarının tapıntılar haqqında susmaları, heç bir dərin tədqiqat aparmamaları müdafiə etdikləri iddianın elmi deyil, tamamilə saxta təmələ əsaslandığını bir daha sübut edir.

Bir göz qırpımında

 Kembri dövrünü təmsil edən 543-490 milyon il əvvəlki dövr kembri canlılarının üzə çıxdığı dövr kimi qəbul edilirdi. Ancaq fosillər tədqiq edildikcə bu canlıların daha qısa dövr ərzində mövcud olduqları məlum oldu. Elm adamları əvvəlcə kembri canlılarının 70 milyon illik dövrdə yaşadıqlarını zənn edirdilər. Erkən kembri faunalarındakı sirkon mineralı üzərində aparılan tədqiqatlar kembri partlayışının təqribən 5 milyon, ən çox 10 milyon il davam etdiyini sübut edirdi.

1995-ci ildə “Time”da dərc olunan bir məqalədə bu hesablama belə izah edilmişdi:

Sirkon yaş hesablamasında fosilin yaşı kristallarındakı uran və qurğuşunun nisbi miqdarı ölçülərək hesablanır. Bu yaş hesablama metodu kembri dövrünü bir müddətdir “yonur”. Məsələn, 1990-cı ildə dünyanın müxtəlif bölgələrindəki erkən kembri sahələrindən əldə edilən yeni tarixlər biologiyanın Biq Bənqini 600 milyon ildən 560 milyon ilə çəkdi. Artıq Sibirdən əldə edilən sirkonların qurğuşun tərkibinə əsaslandırılan məlumatlara əsasən, demək olar ki, hər kəs kembrinin təqribən 543 milyon il əvvəl başlaması, daha da təəccüblüsü, biri istisna olmaqla, bütün tiplərin ilk 5-10 milyon illik müddətdə üzə çıxması barədə həmfikirdirlər.8

Geoloji cəhətdən 5 milyon il bir növ göz qırpımı qədər qısadır. Bu qısa müddət bir çox cəhətdən təkzib edilən xəyali təkamül prosesini tam mənada qeyri-mümkün edirdi. Bu həqiqət təkamülçülərin “açıqlana bilməyən canlı müxtəlifliyi” probleminə “açıqlana bilməyən müddət” problemini də əlavə etmişdi.

Massaçusets Texnologiya İnstitutundan Samuel Baurinq (Samuel Bowring) “Time” jurnalına verdiyi bir müsahibəsində bunları deyirdi:

Artıq “sürətli”nin nə qədər sürətli olduğunu bilirik. Mənim bioloq yoldaşlarımdan soruşmaq istədiyim şey budur: özlərini narahat hiss etmələri üçün təkamül nə qədər sürətlə baş verməlidir?9

Təqribən 50 müxtəlif tipin, hal-hazırda bizə məlum olan və olmayan canlı müxtəlifliyinin heç bir xəbərdaredici, xatırladıcı əlamət olmadan, birdən-birə ortaya çıxması üçün bu müddət heyrətamiz dərəcədə qısa  müddətdir.

5 milyon il bir insan həyatı ilə müqayisə edildikdə, şübhəsiz ki, uzun müddətdir. Ancaq təkamülçülərin iddia etdiyi kimi,  canlıların müxtəlifləşməsini və kompleks xüsusiyyətlər qazanmasını təmin edən xəyali mərhələlər üçün tələb olunana müddət milyonlarla, hətta milyardlarla ildir. Yerin hal-hazırda qəbul edilən 4.6 milyard yaşını nəzərə aldıqda 5 milyon il Yerin ümumi yaşının 0.001-i qədər olan dövrüdür və bu, həqiqətən də sadəcə bir “an”dır.10

Conatan Uels (Jonathan Wells) bu qısa müddəti belə tərif edir:

Kembri partlayışını göstərən heyvan fosillərindəki böyük artım təqribən 530 milyon il əvvələ aiddir və maksimum 5-10 milyon il davam etmişdir. 10 milyon il insan üçün uzun müddətdir, ancaq geoloji baxımdan qısadır və kembri dövrünün əvvəlindən etibarən keçən zamanın 2 %-dən də azına müvafiq gəlir.11

Harvard Universitetindən Stiven Cey Quld isə bu böyük sürəti belə ifadə etmişdir:

Sürətli, artıq biz düşündüyümüzdən də sürətli. Və bu, həqiqətən təəccüblü dərəcədə qəribə vəziyyətdir.12

Quld “Scientific American” jurnalında dərc olunan məqaləsində təkamülçülərin hamısının qəbul etmək məcburiyyətində qaldığı 5 milyon illik kembri faktını bu sözlərlə ifadə etmişdir:

Bu mövzu ilə əlaqədar ən ehtiyatlı düşüncə belə qəbul edir ki, (kembridən) sonrakı 500 milyon illik məqam cəmi 5 milyon ilə nail olunmuş kembri miqyasını genişlətməyib.Kembri partlayışı həya tarixində ən diqqətəlayiq və baş qarışdıran hadisədir.13

 Kembri süxurlarında üzə çıxan canlıların kompleks xüsusiyyətləri ilə yanaşı, təkamülçülər bu canlıların “təkamül” prosesinin uzun mərhələlərini yaşamayacaq qədər qısa müddətdə necə var olduqlarını da açıqlamalıdırlar. Görəsən hansı təkamül  mərhələsi bir neçə kiçik çoxhüceyrəli canlının yaşadığı mühitdə sərt qabıqlı canlıları, mükəmməl gözləri, qan dövranı və həzm sistemlərini, ovları və ovçuları, bir-birindən fərqli və müxtəlif xüsusiyyətlərə malik minlərlə canlını dünyada yaşanan bütün zamanın 0.001-i qədər intervalında meydana gətirmişdir? Bu xəyali prosesin necə işlədiyi, namümkünləri necə mümkün etdiyi bir kənara qalsın, canlıların bu qısa müddətdə üzə çıxmaları təkamül nəzəriyyəsinin tezis və iddialarına uyğun gəlmir. Bu qeyri-adi müddəti, kitabın növbəti səhifələrində təhlil edəcəyimiz kimi, təkamülçülər müxtəlif şəkildə açıqlamağa çalışmış, ancaq heç bir açıqlama tutarlı olmamışdır.

Burada bir şeyi xatırlatmaqda fayda var: kembri canlıları 5 milyon illik dövrdə hər biri müxtəlif zamanlarda bir anda yaradılmışdır. Canlı tarixinin heç bir mərhələsində baş vermədiyi kimi, bu 5 milyon il ərzində də təkamül prosesi baş verməmişdir. Bu qədər qısa müddətdə meydana çıxan canlı həyatını tərif edərkən bir-birindən fərqli canlı növlərinin qısa zaman intervalında yer üzündə yerləşdirildikləri nəzərdə tutulur. Allah bu canlıları tarixin bu məhdud dövründə yaratmış, onları yoxdan var etmiş və istədiyi anda yox etmişdir. Kembri tipləri daxilində sonradan ortaya çıxan kateqoriyalar bir-birlərindən törəyərək deyil, ani ortaya çıxıblar. Fosil qeydləri bunu açıq-aydın göstərir. Bunlar arasında təkamül ardıcıllığını göstərən heç bir fosil dəlili yoxdur. Tanınmış təkamülçü paleontoloq Corc G. Simpson (George G. Simpson) bu həqiqəti belə etiraf etmişdir:

Hər paleontoloqun bildiyi kimi, bu bir həqiqətdir ki, yeni növlərin çoxu, cinslər, ailələr və ailədən sonrakı təqribən bütün kateqoriyalar fosil qeydlərində ani ortaya çıxır və bunlara doğru gedən, elmə məlum olan mərhələli və tamamilə sürəkli keçid ardıcıllıqları yoxdur.14

Yeni növlər ani ortaya çıxdıqları kimi yer üzündə mövcud olduqları müddət boyu xarakteristik xüsusiyyətlərini qorumuş, heç bir dəyişikliyə məruz qalmamışlar. Quld bu səbəbdən kembridən sonrakı dövrdə “demək olar ki, heç nə olmadığını” yazmışdır:

Burqes Şeylin bizə öyrətdiyi budur ki, əsas anatomik dizaynların tarixində, demək olar ki, hər şey bir geoloji anda meydana gəlmişdir və bundan sonrakı 500 milyon ildən bir az artıq dövrdə, demək olar ki, heç nə olmamışdır.15

Burqes Şeyl faunası

 Burqes Şeyl faunası

 

Simpson və Quldun bu sözlərlə xülasələdiyi kembridən sonrakı fosil qeydi darvinizmin mərhələli inkişaf iddiasına kökündən zidd olan iki həqiqəti ortaya qoyur. Bunlar ani ortaya çıxma və sabitlikdir. Quld bu iki məfhumu belə ifadə etmişdir:

Fosilləşmiş növlərin çoxunun tarixi mərhələli təkamülə zidd olan iki müxtəlif xüsusiyyəti ortaya qoyur:

  1. Sabitlik:Bir çox növ dünyada mövcud olduğu müddət boyu heç bir dəyişiklik göstərmir. Fosil qeydlərində ilk dəfə ortaya çıxdıqları andakı quruluşları nədirsə, qeydlərdən yox olduqları andakı quruluşları da eynidir. Morfoloji (forma) dəyişiklik əsasən məhduddur və müəyyən istiqaməti yoxdur.
  2. Ani ortaya çıxma: Bir növ hər hansı lokal bölgədə əcdadlarından mərhələli fərqlənmələrə məruz qalaraq mərhələ-mərhələ ortaya çıxmır; bir anda və “tamamilə formalaşmış” şəkildə üzə çıxır.16

Qısası, kembridən sonrakı dövrdə tip səviyyəsində anatomik müxtəliflikdə heç bir artım olmamışdır. Daha sonra ortaya çıxan kateqoriyalar mövcud əsas bədən quruluşları çərçivəsində təkrarlanmalardan ibarət qalmışdır. Bu yeni kateqoriyalar da tiplər kimi ani və qüsursuz quruluşları ilə ortaya çıxmışdır. Yer üzündə mövcud olduqları müddət boyu heç bir təkamül dəyişikliyinə məruz qalmamış, milyon illər boyu xarakterik bədən quruluşlarını qorumuş, sabit qalmışdırlar.

Bunu xüsusi qeyd etmək lazımdır ki, kembri canlılarının müxtəlifliyi və kompleksliyi ilə  heç bir təkamül əcdadı olmadan, bir anda ortaya çıxması canlıların mənşəyinə dair təkamülçü yanaşmalara qarşı ən qəti və aydın təkzib cavabıdır. Təkamülçülər özlərinin şərt qoyduqları “zaman ərzində mərhələli təkamül prosesi” nəzəriyyəsi ilə iddialarını əsassız ediblər. Kembri dövründə nə mərhələli inkişaf, nə də uzun zaman var. Sadəcə inkişaf etmiş, kompleks formada qısa müddətdə ortaya çıxmış canlılar var.

Allah darvinistlərin iddialarını təməlindən dağıdan möcüzə yaratmışdır. Bu, var gücləri ilə Allahın yaratmasına qarşı izah axtaranlara dərs olan, onları izahsız qoyan bənzərsiz möcüzədir. Kembri süxurlarında müstəsna sənət, yaradılış möcüzəsi nümayiş olunur. Kembri möcüzəsi uca Allahın qüsursuz əsəri, sonsuz ağlının və gücünün möhtəşəm təcəllisidir.

 

Mənbələr:

  • http://www.arn.org/docs/abstasis.htm
  • Simon Conway Morris, The Crucible Creation The Burgess Shale and the Rise of Animals, Oxford University Press, 1999, s. 171
  • 3- Jonathan Wells, “Evrim mi, Mit mi?” Evrimin İkonları, Gelenek Yayıncılık, 2003, s. 48-49
  • 4- Dr. Paul Chien. Explosion of Life. http://www.ukapologetics.net/07/cambria1.htm
  • 5- Cambrian Explosion Explained. Presented by Robyn Williams. http://www.abc.net.au/radionational/programs/scienceshow/cambrian-explosion-explained/3440222
  • 6-Duane T. Gish, The Evolution: The Fossils Still Say No!, Institude of Creation Research, California, 1985, s. 58
  • 7- Paul Chien. Explosion of Life. http://www.ukapologetics.net/07/cambria1.htm
  • 8-Madeleine Nash, "When Life Exploded," Time, Vol. 146, No. 23, December 4, 1995, Pp. 65-74. http://content.time.com/time/magazine/article/0,9171,133473,00.html
  • 9-http://content.time.com/time/magazine/article/0,9171,133473,00.html
  • 10-Walter Starkey, The Cambrian Explosion, Evolution’s Big Bang? Or Darwin’s Dillema?, WLS Publishing, 1999, s. 281
  • 11-Jonathan Wells, Evrim mi, Mit mi? Evrimin İkonları, Gelenek Yayıncılık, 2003, s. 49
  • 12-Bohlin, “Evolution´s Big Bang, http://www.leaderu.com/orgs/probe/docs/bigbang.html
  • 13-Stephen Jay Gould, “The Evolution of Life on the Earth”, Scientific American, October, 1994, p. 67. http://brembs.net/gould.html
  • 14-George G. Simpson, The Major Features of Evolution, s. 360.
  • 15-Stephen Jay Gould, “A Web of Tales,” Natural History, October 1988, pp. 16-23
  • 16-Stephen J. Gould, "Evolution´s Erratic Pace," Natural History, Buraxılış 86, No. 5, may 1977, s. 14 - http://members.iinet.net.au/~sejones/fsslrc02.html