Təxminən 600 milyon il əvvəl başlayıb haradasa 10-15 milyon il davam etməklə, günümüzdəki dənizlərdə hələ də məskunlaşan heyvan növlərinin böyük bir qisminin bilinən ilk nümayəndələri çox ani bir surətdə ortaya çıxdı. Bu müddəti uzadılmış "hadisə" süxur qeydlərində özünü qrafik surətdə büruzə verir: bütün dünyada, təxminən eyni vaxtda asanlıqla aşkar edilən fosillərdən kasad olan qalın qaya təbəqələrinin üstü qabıqlı onurğasızların- trilobitlər, çiyinayaqlılar, molyuskaların növbənöv silsiləsini sərgiləyən çöküntülərlə örtülüb. Əvvəlində heç bir şey yox ikən, zəngin və müxtəlif fosil qeydlərinin bu cür ani inkişafına yaradılışçılar xüsusi əhəmiyyət verdilər. Həqiqətən də, müxtəlif və yaxşı qorunmuş qalıqlardan ibarət silsilənin birdən meydana gəlməsi… fövqəladə bir intellektual meydan oxumaya yol açmaqdadır.
Niles Eldredge The Monkey Business: A Scientist Looks at Creationism, Washington Square Press, New York, 1982, s.44
© 2015 - Bütün hüquqları qorunur