Kateqoriyalar

Seymuriya

Seymuriya (Seymouria) bəzi təkamülçülərin "sürünənlərin əcdadı" kimi göstərdikləri bir amfibiya növüdür. Halbuki Seymuriyanın bir ara keçid forması olmadığı, Seymuriyanın yer üzündə ilk dəfə ortaya çıxmasından 30 milyon il əvvəl də sürünənlərin yaşadıqlarının tapılması ilə ortaya çıxmışdır. Ən qədim Seymuriya fosilləri Alt Perm təbəqəsinə, yəni bundan 280 milyon il əvvələ aiddir. Halbuki məlum olan ən qədim sürünən növləri olan hilonomus (hylonomus) və paleotiris (paleothyris) Alt Pensilvaniya təbəqələrində tapılmışdır ki, bu təbəqələr 330-315 milyon il əvvələ aiddir. (Stephen Jay Gould, Eight (or Fewer) Little Piggies, Natural History, yanvar 1991, cild 100, no. 1, s. 25.) "Sürünənlərin əcdadı"nın sürünənlərdən çox sonra yaşaması əlbəttə ki, mümkün deyil.

Seymuriya xətası:

Təkamülçülər bir vaxtlar solda fosilinin şəkli olan seymuriya adlı canlının suda-quruda yaşayan ilə sürünənlər arasındakı keçid forma olduğunu iddia etmişdirlər. Bu ssenariyə görə seymuriya

"sürünənlərin ibtidai atası" idi. Ancaq sonralar tapılan fosil tapıntıları seymuriyanın yer üzündə

ilk dəfə ortaya çıxmasından 30 milyon il əvvəl də sürünənlərin yaşadığını göstərdi. Bu vəziyyət qarşısında təkamülçülər seymuriya haqqındakı şərhlərini dayandırmağa məcbur oldular.