Kateqoriyalar

Lüsi

Lüsi adlandırılmış afar avstralopitekinə aid kodu AL 288-1 olan qalıqlar. Qalıqlar üzərində aparılmış geniş araşdırmalar Lüsinin bir meymun növü olduğu və insanın təkamülü ilə bağlı olmadığını ortaya qoydu. Lüsinin dövrümüzdə yaşayan şimpanzelərlə eyni ölçüdə bir beynə, qabırğalara, çənə sümüyünə, qollara və ayaqlara malik avstralopitek cinsinə aid olduğu açıq-aşkardır.
Şəklin sağ üst hissəsindəki Lüsinin görünüşünü əks etdirən meymunabənzər məxluq rəsmi isə təkamülçülərin fantaziyalarının məhsulu olmaqla heç elmi əhəmiyyət kəsb etməyən, insana bənzətmək üçün mənalı baxışlar verilmiş xəyali rekonstruksiyadır. 

Lüsi (Lucy) 1974-cü ildə amerikalı antropoloq Donald Cohanson tərəfindən tapılan məşhur fosilin adıdır. Bir çox təkamülçü Lüsinin insanla meymunəbənzər əcdadları arasındakı ara keçid forması olduğunu iddia etmişdir. Ancaq növbəti illərdə aparılan tədqiqatlar Lüsinin nəsli kəsilmiş bir meymun növü olduğunu ortaya çıxarmışdır.

Lüsi bir meymun növü olduğu və insanın təkamülü ilə bağlı olmadığı ortaya qoyulan avstralopitek cinsinə aid bir növü təmsil edir. Bu növün (Australopithecus afarensis) şimpanzelərlə eyni böyüklükdə bir beyni vardır, qabırğaları və çənə sümüyü dövrümüzün şimpanzeləri ilə eyni şəkildədir, qolları və ayaqları canlının bir şimpanze kimi yeridiyini göstərir. Hətta çanaq sümüyü də şimpanzelərinki kimidir. (Richard Allan & Tracey Greenwood, Primates and Human Evolution in the textbook: Year 13 Biology, 1999. Student Resource and Activity Manual, (Biozone International, printed in New Zealand.), s. 260.)

Daha əvvəl də bəhs edildiyi kimi, təkamülçülər Lüsinin daxil olduğu avstralopitek qrupuna aid canlıların meymun xüsusiyyətləri daşımalarına baxmayaraq, insanabənzər bir duruş və yeriş şəkli olduğunu önə sürürlər. Halbuki aparılan tədqiqatlar bunun doğru olmadığını göstərmişdir. Harvard antropoloqlarından Uilyam Houels Lüsinin yeriş şəklinin insanlarınkına bir keçid olmadığını yazır:

Lüsinin yerişinin tam olaraq anlaşılmadığına və Lüsinin ehtiyaclarını uğurla təmin etməsinə baxmayaraq, bizim yerişimizə bənzəmədiyinə dair ümumi fikir birliyi var. (William Howells, Getting Here the Story of Human Evolution, The Compass Press, Washington D.C., 1993, s. 79.)
Kaliforniya Universitetinin antropologiya professoru Adrien Zihlman Lüsinin fosilinin cırtdan şimpanzelərlə diqqət çəkəcək şəkildə bənzər olduğunu bildirir. (Adrienne Zihlman, "Pygmy chimps, people, and the pundits", New Scientist, 15 noyabr 1984, s. 39.)

Doktor Ceremi Çerfas da New Scientist jurnalında nəşr olunan yazısında Lüsinin kəllə quruluşu üçün belə deyir:

Lüsinin "Australopithecus afarensis"də olduğu kimi şimpanzelərinkinə bənzəyən kəllə qutusu və buna uyğun bir beyni var. (Cherfas, Jeremy. "Trees have made man upright" New Scientist, 20 yanvar 1983, s. 172.)

Məşhur fransız elmi Science et Vie jurnalı da 1999-cu ilin may sayında Lüsini jurnalın üz qabığında yerləşdirmişdir. "Adieu Lucy" (Əlvida Lüsi) başlığının istifadə edildiyi yazıda avstralopitek növü meymunların insanın nəsil ağacından çıxarılmasının vacib olduğunu yazmışdır. St W573 kodlu yeni bir avstralopitek fosili tapıntısına əsaslanaraq yazılan bir məqalədə bu cümlələrə yer verilmişdir:

Yeni bir nəzəriyyə avstralopitek cinsinin insan nəslinin mənşəyi olmadığını söyləyir...St W573´ü araşdırmağa səlahiyyətli tək qadın tədqiqatçının gəldiyi nəticələr insanın əcdadları ilə bağlı aktual nəzəriyyələrdən fərqli olaraq hominid nəsil ağacını məhv edir. Beləcə bu nəsil ağacında yerləşən insan və əcdadları sayılan primat cinsi böyük meymunlar hesabdan çıxarılır... Avstralopitek və homo növləri (insanlar) eyni budaqda yerləşmirlər. Homo növlərinin (insanların) əcdadları hələ kəşf edilməyi gözləyir. (Isabelle Bourdial, "Adieu Lucy", Science et Vie, may 1999, no. 980, s. 52-62.)

LÜSİ NAÄžILI ARTIQ TARİXƏ QOVUŞDU - ƏLVİDA LÜSİ...

Bütün bu dəlillər avstralopiteklərin, o cümlədən Lüsinin meymun növündən başqa bir şey olmadığını açıq şəkildə ortaya qoyur. Fosilləri araşdıran iki tanınmış təkamülçü anatom Lord Solli Zukerman ve Çalz Oksnard bu iddianı rədd etmiş və canlının yerişinin və anatomik quruluşunun insana qətiyyən bənzəmədiyini, bunun bir meymun növü olduğunu söyləmişlər. Qarşıdakı illərdə Lüsinin bir meymun növü olduğu qətiyyət qazandı və "Science & Vie" jurnalının üz qabığında da yazıldığı kimi təkamülçülər Lüsiyə "əlvida!" demek məcburiyyətində qaldılar.

1. İnsan və meymun ayaqları arasında böyük anatomik fərqliliklər vardır. Meymunların ayaq barmaqları daha uzundur və insan ayağındakı qövs meymunların ayaqlarında yoxdur.

2. İnsanların bədəninin yuxarı hissəsi dik durur və insanlar iki ayaq üzərində dik yeriyirlər. Bu xüsusi bir hərəkət formasıdır. Meymunlar isə bədənlərinin yuxarı hissəsini qarşı tərəfə doğru əyərək yeriyirlər və əlavə dəstək təmin etmək üçün qollarından istifadə edirlər. Bu insanlarla meymunlar arasında doldurula bilinməyən bir anatomik boşluqdur və insanın təkamülü nağılını tamamilə mümkünsüz edir.

3. Bu rəsmlərdə də göründüyü kimi meymun əlində insan əlinin çox vacib bir xüsusiyyəti olan uzun və hərəkətli baş barmaq olmaz. Sadəcə bu fərqliliklər belə insanlarla meymunların ortaq bir əcdaddan təkamülləşdikləri hekayəsinin imkansızlığını göstərmək üçün kifayətdir.

Amerikanın USA Today qəzetində Tim Frend tərəfindən qələmə alınan bir məqalədə isə insanın əcdadı olaraq göstərilən Lüsi haqqında bu açıqlama verilir:

Lüsinin elmi adı Australopithecus afarensis. Dövrümüzdə yaşayan Bonobo şimpanzelərinə çox bənzəyir. Kiçik beyin, önə çıxmış üz və iri azı dişləri. Ancaq homonun əcdadı qəbul edilən Lüsinin bu xüsusiyyəti son on ildə gözdən düşdü. Bir çox mütəxəssis insanın mənşəyini Lüsi kimi bir əcdada bağlamanın çox bəsit bir yanaşma olduğunu qəbul edir. (Tim Friend, "Discovery rocks human-origin theories", 21 mart 2003; http://www.usatoday.com/news/science/2001-03-21-skull.htm)

Bu yazıda Smitsonian Təbiət Tarixi Muzeyi İnsanın Mənşəyi Proqramının rəhbəri Riçard Pottsun da izahlarına yer verilir. Buna görə Potts və daha bir çox təkamülçü mütəxəssis Lüsinin artıq insanın nəsil ağacından çıxarılmasının lazım olduğunu qəbul edir.